loading...

Qısa zaman ərzində hazırlanan çiyələkli keks - Resept

Qısa zaman ərzində hazırlanan çiyələkli keks - ReseptSiz də şirniyyatı sevir, ancaq bişirmək üçün vaxtınızın olmadığından şikayət edirsiniz?
Sizə qısa zaman ərzində ərsəyə gələn çiyələkli keks reseptini təqdim edirik.
Lazım olanlar:
2 ədəd yumurta
1,5 st şəkər tozu
1 paket qabartma tozu
yarım stəkan duru yağ
1 st süd
1,5 st un
Üzəri üçün:
1 paket qaymaq
100 ml qatılaşdırılmış süd
15 ədəd çiyələk
Hazırlanması:
Yumurta və səkər tozu birlikdə mikserlə qarışdırılır. Daha sonra qalan ərzaqlar əlavə edilib qarışdırılır. 180 dərəcədə 40 dəq bişirilir. 
Üzəri üçün qaymaq və qatılaşdırılmış süd qarışdırlır. Soyuyan keksin üzərinə çıkilir və çiyələklə bəzənir. Nuş olsun!

loading...