loading...

Pomidor-yumurta resepti

Pomidor-yumurta reseptiTərkibi:
Toyuq yumurtası - 3 ədəd
Təzə keşniş - 1/2 dəstə
Tərxun - 1/2 dəstə
Pomidor - 2 ədəd
Kərə yağı - ½ y.q.
Duz - zövqə görə

Hazırlanması:
Tavanı qızdırırıq, yağı əridirik, doğradığımız pomidorları əlavə edirik. Duzlamağı unutmayın. Suyu çəkildikdən və pomidorlar yumşaldıqdan sonra yumurtanı əlavə edin. İki hazırlama üsulu var: daim qarışdırırıq onda omlet bərabər formalı alınacaq və ya qarışdırmırıq, göyərti əlavə edib qapaqla bağlayırıq.

Nuş olsun!

loading...