loading...

Klassik balli tort , Ballı tort zavarnoy krem ilə - RESEPT

Ballı tort zavarnoy krem iləTərkibi
kərə yağı (xəmir və krem üçün) 50 g + 300 g
şəkər (xəmir və krem üçün) 0.8 stəkan + 1 stəkan
Su 2 x.q
bal 3 x.q
toyuq yumurtası (xəmir və krem üçün) 2 ədəd + 2 ədəd
Soda 1 ç.q.
Duz 1/2 ç.q.
un (xəmir və krem üçün) 2.5 stəkan + 2 x.q
Süd (krem üçün) 1.2 stəkan
Südlü şokolad 50 q


Hazırlanması

1. Bal, şəkər tozu və su qarışdırılır
2. Orta od üzərinə qoyulur və qaynayana kimi fasiləsiz olaraq qarışdırılır.
3. Soda və duz əlavə edilir. Parlaq narıncı rəng alana kimi qarışdırılaraq bişirilir.
4. Həcmi artmalıdır.
5. Odun üzərindən götürürük, yağ əlavə edirik və 45-50 dərəcəyə qədər soyuyana kimi qarışdırırıq.
6. Daha sonra yumurtanı əlavə edib qarışdırırıq.
7. Ardınca un əlavə edilir və həmcins kütlə alınana kimi qarışdırılır.
8. Əvvəlcə xəmir duru görünə bilər ancaq, vaxt keçdikcə qatılaşacaq.
9. Üzərini örtüb kənarda 1 saat saxlayırıq.
10. Perqament kağızlarında diametri 22 sm olan dairələr çəkilir.
11. 2-3 xörək qaşığı ilə xəmiri dairədən kənara çıxmamaq şərti ilə səliqəli yayırıq.
12. Kağız yağlanmamamlıdır. Yoxsa sonradan onu ayırmaq çətin olacaq.
13. Hər bir list xəmiri öncədən 180 dərəcəyə qızdırılmış sobada bişiririk.
14. Çox tez bişəcəklər.
15. Hazır olandan sonra kənarları kəsilə bilər. Perqament kağızı yalnız soyuyandan sonra çıxarılmalıdır.
16. Krem hazırlayaq.
17. Şəkər tozu, un, yumurta və süd blender ilə qarışdırılır.
18. Od üzərinə qoyulur və qatı hala gələnə qədər qarışdırılır.
19. Krem soyudulur.
20. Kərə yağı əlavə edilib qarışdırılır.
21. Listləri perqament kağızından ayırıb
22. bir-bir kremləyərək üst-üstə yığırıq.
23. Tortun üzərini qırıntılar ilə örtürük.

NUŞ OLSUN. 

loading...