loading...

Kişilər ereksiya probleminin həlli üçün aspirin için - Mütəxəssislərin araşdırması

Kişilər ereksiya probleminin həlli üçün aspirin için - Mütəxəssislərin araşdırmasıTürkiyəli mütəxəssislərin araşdırması dünya mətbuatında maraqla qarşılanıb.

Daily Maildə yer alan yazıda kişilərin ereksiya problemi ilə bağlı türkiyəli alımlərin tədqiqatı barədə məlumat yer alıb.

Belə ki, Dr. Prof. Dr. Zeki Bayraktar və Selami Albayrak kişilərə ereksiya probleminin həlli üçün aspirin içməyi tövsiyyə edib.
Tədqiqatda 184 nəfər və təxminən 48 yaşında olan kişilər iştirak edib. Bu şəxslərin 70%-də isə sərtləşmə problemi olduğu bəlli olub. Araşdırma davam edən 6 həftə boyunca həmin şəxslərə gündə 100mq dozada aspirin içirilib. Bəlli olub ki, nəticədə həmin şəxslərdə ereksiya problemi azalıb.

Araşdırmacıların fikrinə görə, onlar bu metodla təqribən viaqra ilə eyni nəticələr əldə ediblər. Əvvəlki araşdırmalarda trombosit yüksəkliyinə diqqət edilirdi, bu araşdırmada isə qandakı incə trombositlərə edilən müalicənin təsiri öyrənilib.

Lakin qeyd edilib ki, bəzi mütəxəssislər bu araşdırmanın nəticələrini doğru qəbul etmir. Kişilər bu yöntəmdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu araşdırma zamanı şəkər, yüksək təzyiq, ürək –damar kimi xəstəliyi olan şəxslər qrupa daxil edilməyib.

loading...